Azərbaycanda koronavirusun 4 241 yeni halı qeydə alındı, 3 366 pasiyent müalicə olunaraq sağaldı

16:50, 28.08.2021

Azərbaycanda son 24 saat ərzində koronavirusun 4 241 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 3 366 pasiyent müalicə olunaraq sağaldı, 43 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 413 986 təsdiq olunmuş halı aşkar edilib, 358 230 pasiyent müalicə olunaraq sağalıb, 5 512 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş  50 244 pasiyent müalicəsini davam etdirir.

Oxşar