Azərbaycanda koronavirusun 4 170 yeni halı qeydə alındı, 38 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 4 170 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin nazirlər kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 1 985 pasiyent müalicə olunaraq sağaldı, 38 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 118 195 təsdiq olunmuş halı aşkar edilib, 73 676 pasiyent müalicə olunaraq sağalıb, 1 361 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 43 158 virusa yoluxan pasiyent müalicə olunur.