Azərbaycanda koronavirusun 380 yeni halı qeydə alındı, 14 pasiyent vəfat etdi

19:52, 14.01.2021

Azərbaycanda koronavirusun 380 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 1 159 pasiyent müalicə olunaraq sağaldı, 14 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un  226 200 təsdiq olunmuş halı aşkar edilib, 213 279 pasiyent müalicə olunaraq sağalıb, 2 971 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 9 950 virusa yoluxan pasiyent müalicə olunur.

Oxşar