Azərbaycanda koronavirusun 3 942 yeni halı qeydə alındı, 37 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 3 942 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin nazirlər kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 2 265 pasiyent müalicə olunaraq sağaldı, 37 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 129 544 təsdiq olunmuş halı aşkar edilib, 79 162 pasiyent müalicə olunaraq sağalıb, 1 470 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 44 912 virusa yoluxan pasiyent müalicə olunur.