Azərbaycanda koronavirusun 3 169 yeni halı aşkar edildi, 1 404 pasiyent müalicə olunaraq sağaldı
Azərbaycanda koronavirusun 3 169 yeni halı aşkar edildi.
Məlumatı yerli media yayır.
Son 24 saat ərzində Azərbaycanda koronavirusdan 1 404 pasiyent müalicə olunaraq sağaldı, 26 pasiyent isə, vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 87 163 təsdiq olunmuş halı aşkar edilib, 60 869 pasiyent müalicə olunaraq sağalıb, 1 079 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 25 215 virusa yoluxan pasiyent müalicə olunur.