Azərbaycanda son 24 saat ərzində koronavirusun 226 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 601 pasiyent müalicə olunaraq sağaldı, beş pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 229 584 təsdiq olunmuş halı aşkar edilib, 221 717 pasiyent müalicə olunaraq sağalıb, 3 105 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə ötən bir gün ərzində 7 458 insana test edilib.