Azərbaycanda koronavirusun 218 yeni halı qeydə alındı, doqquz pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 218 yeni halı qeydə alındı, doqquz pasiyent vəfat etdi

Azərbaycanda koronavirusun 218 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 770 pasiyent müalicə olunaraq sağaldı, doqquz pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un  228 246 təsdiq olunmuş halı aşkar edilib,  218 387 pasiyent müalicə olunaraq sağalıb, 3 053 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə ötən bir gün ərzində 5 309 insana test edilib.