Azərbaycanda koronavirusun 2 993 yeni halı qeydə alındı, 646 pasiyent sağaldı, 15 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 2 993 yeni halı qeydə alındı, 646 pasiyent sağaldı, 15 pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 2 993 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 646 pasiyent müalicə olunaraq sağaldı, 15 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 360 002 təsdiq olunmuş halı aşkar edilib, 338 925 pasiyent müalicə olunaraq sağalıb, 5 153 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 23 924 pasiyent müalicəsini davam etdirir.