Azərbaycanda koronavirusun 2 961 yeni halı qeydə alındı, 42 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 2 961 yeni halı qeydə alındı, 42 pasiyent vəfat etdi

Azərbaycanda koronavirusun 2 961 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin nazirlər kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 4 317 pasiyent müalicə olunaraq sağaldı, 42 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 202 088 təsdiq olunmuş halı aşkar edilib, 139 779 pasiyent müalicə olunaraq sağalıb, 2 210 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 60 099 virusa yoluxan pasiyent müalicə olunur.