Azərbaycanda ötən bir gün ərzində koronavirusun 191 yeni halı aşkar edildi. Azərbaycan mediasının ölkənin nazirlər kabineti yanında operativ qəragaha istinad edərək yazdığına görə, son bir gündə koronavirusdan bir insan vəfat etdi, 154 pasiyent isə, müalicə olunaraq sağaldı.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 41 304 təsdiq olunmuş halı aşkar edilib, 39 012 pasiyent müalicə olunaraq sağalıb, 603 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 1 689 virusa yoluxan pasiyent müalicə olunur. Son bir gündə Azərbaycanda koronavirus üzrə 6 280 test edilib.