Azərbaycanda koronavirusun 152 yeni halı aşkar edildi
Azərbaycanda koronavirusun 152 yeni halı aşkar edildi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 152 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 263 pasiyent müalicə olunaraq sağaldı, üç pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 230 769 təsdiq olunmuş halı aşkar edilib, 224 431 pasiyent müalicə olunaraq sağalıb, 3 148 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 3 190 pasiyent müalicəsini davam etdirir.