Azərbaycanda koronavirusun 141 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 141 yeni halı aşkar edildi, 151 pasiyent sağaldı, üç insan isə, vəfat etdi.
Müvafiq göstəriciləri, yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.
Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 1 940 virusa yoluxan pasiyent müalicə olunur.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 38 658 təsdiq olunmuş halı aşkar edilib, 36 149 pasiyent müalicə olunaraq sağalıb, 569 insan vəfat edib.