Azərbaycanda koronavirusun 126 yeni halı aşkar edildi, üç insan vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 126 yeni halı aşkar edildi, 144 pasiyent sağaldı, üç insan isə, vəfat etdi.
Müvafiq göstəriciləri, “Trend” agentliyi ölkənin operativ qərargahına istinad edərək yayır.
Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 2 054 virusa yoluxan pasiyent müalicə olunur.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 36 435 təsdiq olunmuş halı aşkar edilib, 33 847 pasiyent müalicə olunaraq sağalıb, 534 insan vəfat edib.