Azərbaycanda koronavirusun 1 850 yeni halı qeydə alındı, 40 pasiyent vəfat etdi

18:01, 24.12.2020

Azərbaycanda koronavirusun 1850 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 4 226 pasiyent müalicə olunaraq sağaldı, 40 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 210 061 təsdiq olunmuş halı aşkar edilib, 155 856 pasiyent müalicə olunaraq sağalıb, 2 380 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 51 795 virusa yoluxan pasiyent müalicə olunur.

Oxşar