Azərbaycanda koronavirusun 1 129 yeni halı aşkar edildi, 22 pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 1 129 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 349 pasiyent müalicə olunaraq sağaldı, 12 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 257 330 təsdiq olunmuş halı aşkar edilib, 236 500 pasiyent müalicə olunaraq sağalıb, 3 513 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 17 317 pasiyent müalicəsini davam etdirir.