Azərbaycanda HİV infeksiyasının profilaktikası üçün uzunmüddətli təsirə malik inyeksiya preparatı “lenakapavirin” tətbiqi planlaşdırılır

18:55, 07.10.2026

İnfeksion Patologiya və QİÇS Mərkəzinin məlumatına görə, sentyabrın 29-30-da Özbəkistanın paytaxtı Daşkənddə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə HİV infeksiyası və vərəmlə mübarizə tədbirlərinin gücləndirilməsi məsələlərinə həsr olunmuş regional işgüzar görüş keçirilib.
Məlumata görə, görüşdə T. Tsertsvadze adına İnfeksion Patologiya və QİÇS Mərkəzinin elmi işlər üzrə direktor müavini, professor Akaki Abutidze də iştirak edib. O, beynəlxalq ictimaiyyətlə Gürcüstanın HİV infeksiyasının profilaktikası və müalicəsi sahəsində təcrübəsini və əldə etdiyi nailiyyətləri bölüşüb.

İnfeksion Patologiya və QİÇS Mərkəzinin məlumatına əsasən, HİV infeksiyasının profilaktikası üçün uzunmüddətli təsirə malik inyeksiya preparatı olan “lenakapavirin” tətbiqinə xüsusi diqqət yetirilib.

“Gürcüstan regionda bu innovativ yanaşmanı tətbiq edən ilk ölkə olacaq. Bir daha təsdiqləndi ki, Gürcüstanın HİV/QİÇS xidməti müasir profilaktik yanaşmaların tətbiqi, innovasiyaların mənimsənilməsi və beynəlxalq təcrübənin paylaşılması istiqamətində regionun aparıcı xidmətlərindən biridir”, – deyə İnfeksion Patologiya və QİÇS Mərkəzinin məlumatında bildirilib.

Oxşar