Azərbaycanda hərbi sursat anbarında partlayış baş verib
Azərbaycanda, Goranboy rayonunda hərbi sursat anbarında partlayış baş verib. Hadisə sentyabrın 2-nə keçən gecə baş verib. Məlumatı Azərbaycanın dövlət informasiya agentliyi “AzərTAc” yayıb.
Partlayışdan sonra yanğın baş verib və hərbi sursatlar detonasiyaya uğrayıb.
Hadisə ilə əlaqədar yerli sakinlərin bir qismi təxliyə edilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.