Azərbaycanda, Gürcüstan Səfirliyi binasında dövlət bayrağı endirildi
Azərbaycanda, Gürcüstan Səfirliyi binasında dövlət bayrağı endirildi. 8 oktyabrda Batumidə bir yaşayış binasının çökməsi nəticəsində həlak olan qurbanlarının xatirəsinə 11 oktyabr matəm günü elan edildi.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanda, Gürcüstan Səfirliyində matəm tədbirləəri keçiriləcək.
Səfir, Zurab Pataradze Səfirliyin diplomatik korpusunun adından həlak olanların ailələrinə başsağlığı verdi.
“Batumidə baş verən faciə bütün Gürcüstanı kədərləndirdi. Hər bir həlak olana, ölən uşaqlara görə böyük ürək aörımızı ifadə edirik. Onların ailələrinə başsağlığı veririk və onlarla birlikdə dualar edirik. Gürcüstan üçün bu ağır günlərdə, bizim bizim çətinliyimizlə paylaşan və başsağlığı ifadə edən hər bir kəsə minnətdarıq. Azərbaycan Respublikası hakimiyyətinə və sıravi vtəndaşlarına həmrəyliklərinə və böyük kədərin paylaşılmasına görə təşəkkürlər”, – səfir bəyan etdi.
Tədbirin iştirakçılar bir dəqiqəlik sükutla həlak olanların xatirəsini yad etdilər.
Batumidə, 26 May küçəsində 8 oktyabrda təxminən saat 12:00 radələrində yaşayış korpusunun bir hissəsi uçdu. Doqquz insan vəfat etdi, bir nəfər xəsarət aldı. DİN korpusun uçması faktı üzrə aparılan istintaq çərçivəsində üç nəfəri yaxaladı.

