Azərbaycanda bir gündə 1477 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 628 nəfər sağalıb
Azərbaycanda bir gündə 1477 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 628 nəfər sağalıb, vəfat edənlərin sayı 21 nəfər artıb.
Məlumatı Azərbaycan KİV-i Nazirlər Kabineti yanında Operativ Qərargahına istinadən yayıb.
Oktyabrın 25-nə ölkədə aktiv koronavirusa yoluxanların sayı 25 655 nəfər olub.
Azərbaycanda pandemiya başlayandan indiyədək 517 802 nəfərdə koronavirus aşkarlanıb, onlardan 485 232 nəfər sağalıb, 6 915 nəfər vəfat edib.