Azərbaycanda bir gündə 1477 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 628 nəfər sağalıb

17:25, 25.10.2021

Azərbaycanda bir gündə 1477 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 628 nəfər  sağalıb, vəfat edənlərin sayı 21 nəfər artıb.

Məlumatı Azərbaycan KİV-i Nazirlər Kabineti yanında Operativ Qərargahına istinadən yayıb.

Oktyabrın 25-nə ölkədə aktiv koronavirusa yoluxanların sayı 25 655 nəfər olub.

Azərbaycanda pandemiya başlayandan indiyədək 517 802 nəfərdə koronavirus aşkarlanıb, onlardan 485 232 nəfər sağalıb, 6 915 nəfər vəfat edib.

Oxşar