Azərbaycanda ABŞ-ın işlər vəkili – “Tramp marşrutu”nu regionda geostrateji risklərin azaldılması və etimadın artırılması baxımından mühüm vasitə hesab edirik
ABŞ “Tramp marşrutu”nu regionda geostrateji risklərin azaldılması və etimadın artırılması baxımından mühüm vasitə hesab edir
ABŞ “Tramp marşrutu”nu regionda geostrateji risklərin azaldılması və etimadın artırılması baxımından mühüm vasitə hesab edir. Bunu Azərbaycanda ABŞ-ın işlər vəkili Emi Karlon Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Layihə barədə danışan Emi Karlon qeyd edib ki, bu təşəbbüs sadəcə addan və ya formal layihədən ibarət deyil.
“Yeni institut yaratmağımız, ona investisiya yatırmağımız və gələcəkdə onun iqtisadi dayanıqlığını təmin etməyimiz bu məsələyə nə qədər ciddi yanaşdığımızı göstərir”, – deyə amerikalı diplomat bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, layihənin maliyyələşdirilməsinin bir hissəsi 201 milyon dollar həcmində fonddan ayrılacaq. Onun sözlərinə görə, fondun əsas məqsədlərindən biri özəl investorları cəlb etməkdir.
“ABŞ hökumətinin bu layihəyə yatırdığı investisiyaların, sərf etdiyi vaxt və səylərin miqyası, eləcə də layihənin Prezident Donald Trampın adı ilə əlaqələndirilməsi bu təşəbbüsə nə qədər ciddi yanaşdığımızı göstərir”, – deyə Emi Karlon bildirib.