Azərbaycan yenə də Ermənistanı Azərbaycanın hərbi mövqeləri istiqamətində atəş açmaqda ittiham edir, Ermənistan isə, ittihamları rədd edir

17:50, 04.09.2022

Bako Yerevanı Azərbaycanın hərbi mövqeləri istiqamətində atəş açmaqda ittiham edir, Ermənistan isə, ittihamları rədd edir

Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə  atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə,vAzərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənistan Müdafiə Nazirliyində isə, Azərbaycanın növbəti dezinformasiya yaydığını və sentyabrın 3-də və 4-də erməni hərbi birləşmələrinin Ermənistan-Azərbaycan sərhədi yaxınlığında yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutmadığını bəyan edirlər.

Oxşar