Azərbaycan Xarici İşlər Nazirliyi Batumidə yaşayış binasının uçması nəticəsində həlak olanların ailələrinə başsağlığı verir

Azərbaycan Xarici İşlər Nazirliyi Batumidə yaşayış binasının uçması nəticəsində həlak olanların ailələrinə başsağlığı verir.

Bu barədə Xarici İşlər Nazirliyi öz Twitter səhifəsində yazır.

“Gürcüstanın Batumi şəhərində yeddi mərtəbəli binanın uçması xəbəri bizi çox kədərləndirdi. Qəzada həlak olanların ailələrinə başsağlığı verir, yaralıların hamısına tezliklə şəfa diləyirik. Dost Gürcüstanla həmrəyliyimizi ifadə edirik, – Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir

Batumidə yaşayış binasının çökməsi nəticəsində 6 nəfər vəfat edib. Xilasedicilər axtarış tədbirləri nəticəsində dağıntılar altından 5 cəsədi çıxarıblar. Dünən gecə dağıntılar altından çıxarılan bir vətəndaş bu gün səhər saatlarında klinikada dünyasını dəyişib.

Həkimlərin dediyinə görə, bu mərhələdə dağıntılar altından xilas edilən 36 yaşlı bir kişi klinikada qalır.

Batumidə axtarış və xilasetmə işləri davam edir. Xilasedicilərin dağıntılar altında daha üç nəfəri axtardıqları bildirilir.

Batumidə yaşayış binasının sökülməsi ilə bağlı aparılan araşdırma çərçivəsində Daxili İşlər Nazirliyi 3 nəfəri saxlayıb.

Baş nazirin qərarına əsasən, 11 sentyabr Gürcüstanda matəm günü elan edilib.