Azərbaycan Xarici İşlər Nazirliyi - Azərbaycan Gürcüstanla dövlət sərhədinin ən qısa zamanda delimitasiyasının tərəfdarıdır
Azərbaycan Xarici İşlər Nazirliyi - Azərbaycan Gürcüstanla dövlət sərhədinin ən qısa zamanda delimitasiyasının tərəfdarıdır

Azərbaycan Gürcüstanla dövlət sərhədinin ən qısa zamanda delimitasiyasının tərəfdarıdır. “Onlayn Xəbər Agentliyinin” yazdığına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bəyan etdi.

“Ümid edirik ki, bu proses çox qısa müddətdə başa çatdırılacaq. Azərbaycan öz tərəfindən buna hazırdır. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədi beynəlxalq təcrübədə əsasında, eləcə də qarşılıqlı əlaqələndirmə çərçivəsində ikitərəfli formatda həll olunur. Dövlət komissiyasının iclasları keçirilir. Bu günə qədər bu cür 11 iclas keçirilib. Ümumiyyətlə, iki ölkə arasında 480 km sərhədin 314 km hissəsi dövlət komissiyaları çərçivəsində razılaşdırılıb. 166 km ərazi isə, ekspertlər səviyyəsində öyrənilir”, – Abdullayeva bəyan etdi.

Bununla yanaşı Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan etdi ki, əsaslandıqları sənədlərdən biri, 1938-ci ilin 1:500000 miqyaslı xəritədir.

“Bu xəritə Azərbaycan və Gürcüstan SSR tərəfindən qəbul olunmuş sənəddir. Daha sonra Sovet İttifaqı 1942-cu ildə daha aydın görüntülü 1:100000 miqyaslı xəritənin yaradılması qərarını qəbul etdi. Bundan başqa, 1963-cü ildə Gürcüstan SSR Ali Sovetinin də təsdiq etdiyi xəritə mövcuddur. Delimitasiya məsələsini müzakirə etdikdə bu xəritələrə istinad edilir. İndiyə kimi bununla bağlı hansısa problem olmayıb”, – Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan etdi.