Azərbaycan Xarici İşlər naziri vəzifəsindən azad edildi
Azərbaycan Xarici İşlər naziri vəzifəsindən azad edildi

Azərbaycan prezidenti, İlham Əliyev Xarici İşlər nazirini vəzifəsindən azad etdi.

Azərbaycan mediasının məlumatına görə, İlham Əliyev Elmar Məmmədyarovun azad edilməsi sərəncamına bu gün imza atdı.

Buna qədər isə, ölkə prezidenti  Xarici İşlər nazirini tənqid etdi. Əliyevin bəyanatına görə, Azərbaycan-Ermənistan sərhədində durumun çətinləşməsi zamanı Xarici İşlər naziri heç bir münasibət bildirmədi.

Prezidentin sərəncamına əsasən,  Xarici İşlər naziri vəzifəsinə 2018-ci ildən Təhsil naziri vəsifəsində çalışan Ceyhun Bayramov təyin edildi.