Azərbaycan və Ermənistanın xarici işlər nazirləri BMT Baş Assambleyasının sessiyası çərçivəsində ölkələr arasında sülh gündəliyinə dair məsələləri müzakirə ediblər

12:29, 23.09.2025

 

 

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ölkələr arasında sülh gündəliyinə dair məsələləri müzakirə ediblər.

Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində danışıqlar aparıblar.

Azərbaycan mediasının məlumatına görə, 2025-ci il 8 avqustda Vaşinqtonda keçirilmiş sülh sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəliləyişinə dair mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Nazirler dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Oxşar