Azərbaycan və Britaniya müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər
Azərbaycan və Britaniya müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Ötən həftə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev, müdafiə nazirinin müavini Aqil Qurbanov və Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov müdafiə sektorunda əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək üçün Londona səfər ediblər.
Azərbaycan nümayəndə heyəti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kouker ilə görüşüb.
Bunadək, Vernon Kouker ötən ilin dekabrında Azərbaycana səfər etmişdi.
Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Britaniya-Azərbaycan strateji tərəfdaşlığının inkişafı üçün yeni addımlar atıldığını bildirib.