Azərbaycan USAID-in ölkədəki fəaliyyətinin dayandırılması haqda ABŞ-a bildiriş göndərib

17:36, 06.02.2025

 
Azərbaycan USAID-in ölkədəki fəaliyyətinin dayandırılması haqda ABŞ-a bildiriş göndərib.

Bu barədə Azərbaycan mediası ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“USAID-in ölkədə fəaliyyəti üçün hüquqi əsas yoxdur, onun fəaliyyəti ilə bağlı bildiriş Amerika tərəfinə rəsmi olaraq göndərilib” – qurumun mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan etmişdi ki, USAID-in 2024-cü ilin iyunun 1-dən Azərbaycanda fəaliyyəti üçün heç bir hüquqi əsas yoxdur.

“Onların fəaliyyətini dayandırmağın vaxtıdır. USAID-in Azərbaycanda nümayəndəliyinə və mövcudluğunu davam etdirməyə artıq ehtiyac yoxdur və onların fəaliyyətini tamamilə dayandırmağın məqamı yetişib” – nazir bildirib.

Oxşar