Azərbaycan Rusiya vətəndaşları üçün viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Rusiya vətəndaşları üçün viza məhdudiyyətləri tətbiq edir.
Azərbaycan hökuməti tərəfindən yayılmış qərarda qeyd olunub ki, Azərbaycanda vizasız olan Rusiya vətəndaşları il ərzində ölkədə 90 gündən artıq qala bilməyəcəklər.
Qərar 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bu barədə qərarı baş nazir Əli Əsədov imzalayıb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirirlər ki, bu, Moskva tərəfindən Rusiyada Azərbaycan vətəndaşları üçün analoji 90 günlük məhdudiyyət tətbiq edilməsinə cavabdır.
Məlumat üçün bildirək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qazaxıstan ərazisində qəzaya uğrayıb. Fəlakət nəticəsində 38 nəfər dünyasını dəyişib, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyev qəzaya uğrayan təyyarənin yerdən açılmış atəş nəticəsində zədələndiyini bildirib. Həmçinin, Əliyev Azərbaycan tərəfinin şərtlərindən danışıb. Bunlara Rusiyanın günahını etiraf etməsi, günahkarların cəzalandırılması və Azərbaycan dövlətinə, xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməsi daxildir.