Azərbaycan Respublikasının Prezidentinin həyat yoldaşı Mehriban Əliyeva Gürcüstanın Milli Muzeyini ziyarət edib
Azərbaycan Respublikasının Prezidentinin həyat yoldaşı Mehriban Əliyeva Gürcüstanın Milli Muzeyini ziyarət edib.
Gürcüstan Prezidentinin həyat yoldaşı Tamar Baqrationi, mədəniyyət naziri Tinatin Ruxadze, mədəniyyət nazirinin müavini Qiorqi Mirtsxulava və Gürcüstanın Milli Muzeyinin baş direktoru Davit Lortkipanidze Mehriban Əliyevaya ev sahibliyi ediblər.
Mehriban Əliyeva muzeyin Gürcüstan ərazisində tapılmış ən mühüm arxeoloji materialın təqdim edildiyi “Daş dövrü Gürcüstanı” adlı daimi sərgisinə baxış keçirib. O, həmçinin eramızdan əvvəl 3-cü minillikdən eramızın 4-cü əsrinə qədər olan dövrə aid unikal qiymətli əşyaların təqdim edildiyi “Arxeoloji xəzinə” sərgi məkanına baxış keçirib.
Mehriban Əliyeva “Azərxalça”nın emalatxanalarında yaradılmış beş unikal xalçanı, o cümlədən məşhur azərbaycanlı rəssam Rüfət İsmayılovun eskizləri əsasında hazırlanmış əl ilə toxunmuş xalçaları Gürcüstanın Milli Muzeyinə hədiyyə edib.
Məlumatı Gürcüstanın Mədəniyyət Nazirliyi yayır.