Azərbaycan Prezidenti Gürcüstanın birliyi uğrunda həlak olmuş qəhrəmanların memorialını əklillə bəzədi
Gürcüstana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həyat yoldaşı ilə birlikdə Gürcüstanın birliyi uğrunda həlak olmuş qəhrəmanların memorialını əklillə bəzədi.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstana səfər edib.
Gürcüstana dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşləri keçiriləcək.
Bununla yanaşı, səfər çərçivəsində İlham Əliyev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edəcək.