Azərbaycan Prezidenti Fransanın xeyrinə casusluqda ittiham olunan Martin Rayana əfv fərmanı verib
Azərbaycan Prezidenti Fransanın xeyrinə casusluqda ittiham olunan Martin Rayanı əfv edib.
Bu barədə məhkumların müəyyən qrupunun əfv olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamında qeyd olunur.
Fransa Respublikasının vətəndaşı Rayan Martin Riçard Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məhz Martin Rayanın azadlığa buraxılmasına nail olmaq üçün Fransa Avropa İttifaqının sanksiya siyahısından rusiyalı biznesmen Əlşər Usmanovun çıxarılmasını tələb edib. Parisin tələbi təmin olunub.
Bununla yanaşı, sanksiya siyahısından daha bir rusiyalı biznesmen Mixail Fridman da çıxarılıb. Digər sanksiya tətbiq olunan şəxslərə qarşı məhdudiyyətlərin müddəti isə 36 ay uzadılıb.