Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ordusu Ağdam bölgəsini bombalayır
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ordusu Ağdam bölgəsini bombalayır. Nazirlikdə bəyan edirlər ki, hazırda hücumlar Ağdərə-Ağdam və Fizuli-Cabrayıl istiqamətinə həyata keçirilir.
Rəsmi Bakının məlumatına görə, Ermənistan ordusu böyük sayda canlı qüvvəni, üç ədəd raket sistemini, bir ədəd “T-72” tankını və bir neçə hərbi maşınını itirdi.
Azərbaycan hakimiyyəti Ermənistanı humanitar razılaşmasının pozulmasında günahlandırır. Azərbaycan prezidentinin məsləhətçisi, Hikmət Hacıyev bəyan edir ki, Ermənistan tərəfindən bombalanmış Gəncə və Mingəçevir şəhərinə diplomatlar və hərbi attaşelər ilə birlikdə gedəcək.