Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, əks-hücum nəticəsində, Azərbaycan Silahlı Qüvvələri bir neçə qəsəbəni azad edə bildilər
Azərbaycan Prokurorluğunun məlumatına görə, 27 sentyabrdan bu günə qədər, Dağlıq Qarabağ münaqişə zonasında Azərbaycanın 18 mülki vətəndaşı həlak olub və 55 nəfər xəsat alıb. Azərbaycan istintaq idarəsinin məlumatına görə, qurbanların sayı bu gün daha iki ilə artdı. Elə onların məlumatına görə, həlak olanlar Hacıməmmədli qəsəbəsi sakini 54 yaşlı kişi və onun 24 yaşlı övladıdır.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, əks-hücum nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Fizuli-Cəbrail istiqamətilə qarşıdakı əraziləri azad edə bildilər – Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndi.
Həmçinin, elə onların məlumatına görə, Ağdərə və Murovdağda bir neçə post məhv edilidi. Azərbaycan Müdafiə Nazirliyində bəyan etdiklərinə görə, Talış həndəvərində bir neçə önəmli yüksəkliklər tutulub.