Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu əks-hücuma başladı
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu əks-hücuma başladı

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu əks-hücuma başladı.

“Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən Azərbaycan qoşunları bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib”, – Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bakıda bəyan edirlər ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatına zirehli texnika, artilleriya və aviasiya qoşulub.

“Şəxsi heyət və tank bölmələri raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər”, – Azərbaycan Müdafiə Nazirliyində bəyan edirlər.

Elə onların mılumatına görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.

Ermənistan və Azərbaycan sərhədində vəziyyət gərginləşdi. Tərəflər hərbi toqquşmalar və tələfat barəsində məlumat yayırlar. Azərbaycan mediasının məlumatına görə, Ermənistan tərəfindən bu gün səhər geniş miqyaslı hücum həyata keçirildi. Nəticədə həlak olan var. O cümlədən mülki əhali tərəfindən.

Ermənistanda isə, bəyan edirlər ki, Azərbaycan tərəfindən Dağlıq Qarabağ istiqamətinə hücumz başlanıb.Ermənistan Müdafiə Nazirliyində bəyan etdiklərinə görə, erməni hərbçiləri iki Azərbaycan vertalyotunu və pilotsuz uçuş aparatını vurdular. Elə onların məlumatına görə, atəş səsi Stepanakertdə də eşidilir.