Azərbaycan Mərkəzi Seçki Komissiyası qarşısında aksiya iştirakçılarını yaxaladılar
Azərbaycan Mərkəzi Seçki Komissiyası inzibati binası qarşısına gedən aksiya iştirakçılarını polis yaxaladı.
Aksiya iştirakçıları Azərbaycanda 9 fevralda keçirilən seçkiləri saxtalaşdırılmış adlandırırlar və onun nəticələrinin ləğv olunmasını tələb edirlər. Yaxalananlar arasında seçkilərdə iştirak edən namizədlər və deputatlar da var. Onları avtobusla naməlum itiqamətlə apardılar.
Yayılan məlumata görə, polis Azərbaycan Mərkəzi Seçki Komissiyası inzibati binasının bütün girişlərini bağlayıb.
Öz tərəfdarları ilə birlikdə, Müxalif Respublika Alternativ Partiyasının lideri, İlqar Məmmədovu da yaxaladılar.
Mövcud olan nəticələrə əsasən 9 fevral növəbədənkənar Parlament seçkilərində, “Yeni Azərbaycan” partiyasının 125 yerlik Milli Məclisdə ən azından 70 deputatı olacaq.