Azərbaycan mediasının verdiyi məlumata görə, Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb
Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb. Bu barədə Azərbaycan mediası yazır.
Media onun saxlanılma görüntülərini də yayımlayıb.
Görüntülərdə Rusiya Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Şıxlinskinin maşınına yaxınlaşdığı, avtomobilin şüşələrini sındıraraq onu saxladıqları görünür.
Rusiya bu hadisə ilə bağlı hələlik heç bir məlumat yaymayıb.