Azərbaycan mediası - Qəzaya uğrayan türk təyyarəsində partlayıcı maddələr olmayıb, kənar zərbə elementlərinin olmaması onun vurulma ehtimalını istisna edir
Azərbaycan mediası Gürcüstan ərazisində qəzaya uğrayan türk təyyarəsində partlayıcı maddələrin olmaması haqda məlumat yayır.
Medianın yazdığı kimi, təyyarə F-16 qırıcı təyyarələrinin ehtiyat hissələri
ilə yüklü olub. Bununla yanaşı, göyərtədə vəzifəsi texnikanın təhlükəsiz daşınmasına nəzarət etmək olan mütəxəssislər olublar.
Agentliyin məlumatına əsasən, təyyarəyə minməzdən əvvəl mütəxəssislər hava limanının təhlükəsizlik qaydalarına uyğun olaraq ən xırda detallara qədər bütün prosedur və yoxlamadan keçiblər, bunu isə hava limanının müşahidə kameraları da qeydə alıb.
“Təyyarədə partlayıcı maddələr və ya qurğular olmayıb, yalnız F-16 təyyarələrinin ehtiyat hissələri olub. C-130-da kənar zərbə elementlərinin olmaması onun vurulma ehtimalını istisna edir. Təyyarənin içərisində partlayıcı maddələrin və ya qurğuların olduğunu və onların partlama ehtimalını ehtimal etsək belə, qəzaya uğrayan təyyarədə mütləq partlayış izləri olmalıdır” – mənbə Azərbaycan mediası ilə söhbətində qeyd edib.
Bununla yanaşı, nəşrin yazdığı kimi, təyyarənin qəzaya uğramasının səbəbinin nə ola biləcəyi ilə bağlı iki versiya var. Birinci versiyaya əsasən, təyyarə uzun müddətdir istismarda olduğu üçün onun üzərində korroziya yarana bilərdi və bu da qəzaya səbəb olardı. İkinci versiyaya əsasən, təyyarədəki yük tələblərə uyğun olaraq bərkidilməyib, bu da turbulentliyə səbəb ola bilərdi.
Məlumat üçün bildirək ki, noyabrın 11-də Siğnaği Munisipalitetində Gürcüstanın dövlət sərhədindən təxminən 5 kilometrdə türk hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə Azərbaycan-Türkiyə istiqamətində reys yerinə yetirirdi.
Faktla əlaqədar istintaq Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü hissəsi ilə aparılır, bu isə insan ölümü ilə nəticələnən hava nəqliyyatının hərəkət təhlükəsizliyi və ya istismarı qaydasının pozulması deməkdir.
Türkiyə Müdafiə Nazirliyində qəzaya uğrayan türk təyyarəsinin göyərtəsində 20 hərbçinin olduğunu bildirirlər.