Azərbaycan mediası, Fransanın 2025-ci ildə Azərbaycandan neft alışını üç dəfə artırması haqda məlumat yayır
Azərbaycan mediası, Fransanın 2025-ci ildə Azərbaycandan neft alışını üç dəfə artırması haqda məlumat yayır

 

Fransa 2025-ci ildə Azərbaycandan neft alışını üç dəfə artırıb. Bu haqda məlumatı Azərbaycan mediası yayır.

Yayılmış məlumata əsasən, cari ilin yanvar-noyabrında Azərbaycandan Fransaya dəyəri 143.1 milyon ABŞ dolları olan 281.1 min ton xam neft və neft məhsulları ixrac edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Qeyd etmək lazımdır ki, cari ilin yanvar-noyabrında Azərbaycandan 21 ölkəyə dəyəri 11.5 milyard ABŞ dolları olan 22.1 milyon ton xam neft və neft məhsulları ixrac edilib.