Azərbaycan İrana 32 ton humanitar yük göndərəcək
Azərbaycan İrana 32 ton humanitar yük göndərəcək

 

Azərbaycan İrana 32 ton humanitar yük göndərəcək.

Azərbaycanın Dövlət Ehtiyatlarına Nəzarət Departamentinin direktoru Emin Həsənov Bakının Tehrana 30 ton qida məhsulu və iki ton dərman göndərəcəyini bildirib.

“Humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları daxildir. Avtomobillər artıq yola düşməkdədir” – Emin Həsənov bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev İrana humanitar yardım göndərmək qərarını verib.