Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad etdi
19:44, 20.01.2018
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olunur.
Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Vətən uğrunda həlak olan şəhidləri xatirəsini hökumətin başqa üzvləri də yad etdilər.