Azərbaycan Ermənistanı sərhəd zonasında atəş açmaqda günahlandırır, Ermənistan məlumatı təkzib edir

15:44, 09.04.2025

 

Azərbaycan Ermənistanı sərhəd zonasında atəş açmaqda günahlandırır. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub ki, Vardenis rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən Ermənistan Ordusunun bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

“Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görüb” – Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Ermənistan Müdafiə Nazirliyi sərhəd zonasında atışmanı təkzib edir, nazirliyin bəyanatında Azərbaycan tərəfindən yayılan məlumatın həqiqətə uyğun olmadığı qeyd olunub. Bəyanata əsasən, Ermənistan Respublikasının Baş Nazirinin Administrasiyası atəşkəs rejiminin pozulması və bununla bağlı hesabatların araşdırılması üçün Bakıya Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib, lakin Azərbaycan bu təşəbbüsə hələlik cavab verməyib.

Oxşar