Azərbaycan Ermənistanı atəş açmaqda ittiham edir, Yerevan ittihamları rədd edir
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri müvafiq tədbirlər görüb.
Yerevanda yayılan məlumatın inkar edilər və bəyan edirlər ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı həqiqətə uyğun deyil.
“Erməni tərəfi Azərbaycan Silahlı Qüvvələri istiqamətinə atə. açmayıb, Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir, o, Ermənistan Respublikası Silahlı Qüvvələrinin tam nəzarəti altındadır”, – Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.