Azərbaycan Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, cari ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 450.9 milyon kVt/saat elektrik enerjisi ixrac olunub
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 450.9 milyon kVt/saat elektrik enerjisi ixrac olunub.
Azərbaycan Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, bu həcmdə elektrik enerjisi ixracından Azərbaycanın əldə etdiyi gəlir 25.7 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə Gürcüstana elektrik enerjisinin ixracı 36.7 milyon kVt/saat artıb, bu isə kəmiyyətcə 8.9 faizdir, dəyər ifadəsində isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.8 milyon ABŞ dolları yəni 23 faiz artıb.
Belə ki, ötən ilin ilk dörd ayında Azərbaycandan Gürcüstana 20.9 milyon ABŞ dolları dəyərində 414.2 milyon kVt/saat elektrik enerjisi ixrac olunub.
Azərbaycan mediasına əsasən, hesabat dövründə Azərbaycandan Rusiya, Gürcüstan və İrana 29.1 milyon ABŞ dolları dəyərində 525.1 milyon kVt/saat elektrik enerjisi ixrac olunub.