Azərbaycan aviaşirkəti Bakı-Tbilisi-Bakı istiqamətilə reqular aviareysləri tezliyini artırır
Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava bəyan edir ki, Gürcüstanda hər həftəlik uçuş tezliyini artıran aviaşirkətlərin sayı getdikcə artır.
Natiya Turnavanın qeyd etdiyinə görə, “AZAL” strukturu nəzdində təsis olunan “Buta Airways” aşağı büdcəli avişirkəti Bakı-Tbilisi-Bakı istiqamətilə reqular aviareyslərin tezliyinin artırılması barəsində qərar qəbul etdi.
“Uçuşlarla bağlı növbəti yeni xəbərimiz var – “Buta Airways” aşağı büdcəli avişirkəti Bakı-Tbilisi-Bakı istiqamətilə reqular aviareyslərin tezliyini artırır. 20 iyuna qədər həftədə beş dəfə olacaq, 20 iyuldan sonra isə, aciaşirkət gündə iki uçuş həuyata keçirəcək”, – İqtisadiyyat naziri qeyd etdi.
Bununla yanaşı, Natiya Turnavanın dediyinə görə, önəmlidir ki, qonşu ölkələrdən turistlər Gürcüstana daha asan daxil olsunlar və müvafiq olaraq Azrbaycan aviaşirkətinin bu cür qərarı alqışlanasıdır.
“Bu deməkdir ki, Bakıdan, Azərbaycandan dostlarımıza, müsafirlərimizə, o cümlədən quru sərhədlərlə də, ənənəvi olaraq ev sahibliyi edəcəyik”, – Turnava qeyd etdi.
Məlumatı Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.