Azərbaycan avialaynerinin qəzaya uğramasından sonra İsrailin “El Al” aviaşirkəti Rusiyaya uçuşları dayandırır
İsrailin milli aviaşirkəti “El Al” Rusiyaya uçuşları dayandırıb – bu haqda
İsrail mediası yazır.
Şirkətin mətbuat xidmətinin məlumatına əsasən, növbəti bir həftə ərzində Təl-Əviv və Moskva arasında reyslər həyata keçirilməyəcək.
“Gələn həftə vəziyyət yenidən qiymətləndiriləcək, bundan sonra da biz reyslərin bərpası ilə bağlı qərar qəbul edəcəyik” – şirkətdən bildiriblər.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin avialayneri Qazaxıstanda məcburi eniş zamanı qəzaya uğrayıb. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub. Müxtəlif media vasitələrinin çox sayda mənbələrinin məlumatına əsasən, Qroznı rayonunda təyyarəyə ehtimal ki, rus hava hücumundan müdafiə sisteminin raketi dəyib. Bu məlumat rəsmi olaraq təsdiqlənməyib.