Azart oyunlarına qarşı hökumət administrasiyası qarşısında aksiya keçirildi
Hökumət administrasiyası binası qarşısında “Azart oyunlarına yox de, #სანდრიკასთვის (Sandrika üçün)” etiraz aksiyası keçirildi.
Aksiya təşkilatçıları Birinci Kanalın vəfat edən operatoru, Sandro Beradzenin ailə üzvləri və dostlarıdırlar.
Aksiya iştirakçılarının bəyan etdiyinə görə, əsas tələbdir ki, azart oyunlarına qarşı tənzimləmələr tədbiq olunsun.
“Biz buraya Sandrikanın ailə üzvləri və dostları toplaşmışıq ki, hakimiyyətdən bir daha xahiş edək fəal addımlar atsın. Dünya Səhiyyə Təşkilatı ludomanianı xəstəlik kimi tanıdı. Biz də istəyirik ki, burada da insanların müalicəsi baş versin. Bu insanlara xəstəliyin dəf edilməsində yardım edək. Heç bir tənzimləmə mövcud deyil. Elementar olaraq ictimai nəqliyyat müxtəlif azart oyunları reklamı ilə təchiz olunub. Hakimiyyətdən yardım istəyirik”, – Sandro Beradzenin qardaşı, Girogi Beradze bəyan etdi.