Azadlıq Meydanında Müstəqillik Gününə hazırlıq başladı

 

Gürcüstan Müdafiə Qüvvələrinin hərbi qulluqçuları Müstəqillik Günü tədbiri üçün Azadlıq Meydanında ilk məşqi keçirdilər.

Hərbçilərin iştirakı ilə ölkənin əsas tədbirinə hazırlıq prosesində Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili iştirak edib. Müdafiə nazirinin müavinləri Qriqol Qiorqadze və Serqo Canelidze, eləcə də Müdafiə Qüvvələrinin müxtəlif komandanlıqlarının rəhbərləri məşqdə iştirak ediblər.

Mayın 26-da, Müstəqillik Günündə hərbi and içməyə hazırlaşan Milli Hərbi Xidmətin çağırışçıları da məşqdən keçdilər.

Azadlıq Meydanından başqa, çağırışçılar hərbi andı daha beş müxtəlif tarixi məkanda içəcəklər. Müstəqillik Günündə ənənəvi olaraq hərbi texnika, silah-sursat və avadanlıqların sərgisi Gürcüstanın 21 şəhər və munisipalitetində – Tbilisi, Qori, Axaltsixe, Mtsxeta, Rustavi, Kutaisi, Zuqdidi, Ozurqeti, Poti, Mestia, Ambrolauri, Batumi, Telavi, Axalkalaki, Marneuli, Senaki, Samtredia, Bağdati, Çxorotsğu, Abaşa və Martvilidə keçiriləcək.