Azadlıq Meydanında Gürcüstanın Müstəqillik Günü ilə bağlı əsas tədbir üçün hazırlıqlar aparılır.
Azadlıq Meydanında artıq ilk məşq keçirilib.
Gürcüstan Müdafiə Qüvvələrinin şəxsi heyəti ilə yanaşı, məşqlərdə Milli Hərbi Xidmətə çağırılmış yeni hərbi qulluqçular da iştirak ediblər. Onlar 26 mayda təntənəli şəkildə hərbi and içəcək və Müdafiə Qüvvələrinə qoşulacaqlar.
26 mayda ənənəvi olaraq hərbi nümayiş zonaları təşkil olunacaq və əhali hərbi texnika, silahlanma və avadanlıqlarla tanış olmaq imkanı əldə edəcək.
Azadlıq Meydanında andiçmə mərasimi və təntənəli tədbirin sonunda Hava Hücumundan Müdafiə və Aviasiya komandanlığının uçuş aparatları uçuş nümayişi edəcək.