Ayətullah Əli Xamenei Məşhəd şəhərində, İmam Rza müqəddəs ziyarətgahında dəfn edilib

10:12, 10.07.2026

Ayətullah Əli Xamenei Məşhəd şəhərində yerləşən İmam Rza müqəddəs ziyarətgahında dəfn edilib.

Dəfn mərasimindən əvvəl son cənazə namazını Xameneinin böyük oğlu Mustafa Xamenei qıldırıb. Mərasimdə onun digər oğulları Meysəm və Məsud da iştirak ediblər.

Diqqətçəkən məqamlardan biri isə Ayətullah Əli Xameneinin oğlu və hazırkı ali dini lider Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmaması olub.

İran mediasının məlumatına görə, ali dini liderin dəfn mərasimi “dünya tarixinin ən möhtəşəm dəfn mərasimi” olub. Bildirilir ki, mərasimdə 40 milyondan çox insan iştirak edib.

“Reuters”in yazdığına görə, mərasim iştirakçılarının bir qismi “Biz Trampı öldürəcəyik” şüarı yazılmış plakatlar daşıyırdı.

Ayətullah Əli Xamenei ilə vida və dəfn mərasimi altı gün davam edib. Tədbirdə 100 ölkədən nümayəndələr, o cümlədən dövlət başçıları, parlament sədrləri, xarici işlər nazirləri və hökumətlərin xüsusi nümayəndələri iştirak ediblər.

Oxşar